Zelenski: Avropada dondurulmuş Rusiya aktivlərindən vəsait əldə edəcəyimizə ümid edirik
- 16 oktyabr, 2026
- 16:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna Avropada dondurulmuş Rusiya aktivləri hesabına vəsait əldə etməyi gözləyir, eyni zamanda Moskvanın bu vəsaitlərə təsir etmək imkanına yol verməmək vacibdir.
"Report"un Avropa bürosunun verdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə keçirilən mətbuat konfransında deyib.
"Əsas odur ki, Rusiyanın sonradan bu aktivlərə təsir etmək imkanı olmasın. Biz dəqiq bilirik ki, onlar bu aktivləri geri qaytarmağı çox istəyirlər. Bu, Rusiyanın məqsədlərindən biridir. Buna görə də bu və ya digər formatda Ukrayna müvafiq pulları almaq istərdi", - V.Zelenski bildirib.
O, həmçinin iki il ərzində Ukraynaya hər il 45 milyard avro olmaqla, ümumilikdə 90 milyard avro maliyyə dəstəyinin verilməsi ilə bağlı qərara görə Aİ və Avropa liderlərinə təşəkkür edib.