ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Azərbaycana səfər edəcək

Xarici siyasət
  • 26 may, 2017
  • 08:58
ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Azərbaycana səfər edəcək
Report.az

Bakı. 26 may. REPORT.AZ/ ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan Azərbaycana səfər edəcək.

ABŞ-ın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, R.Danniqan "Xəzər nefti və qazı" illik beynəlxalq sərgisində ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.

Qeyd edək ki, 24-cü "Xəzər nefti və qazı" beynəlxalq sərgisi və konfransı - "Caspian Oil&Gas-2017" mayın 31-dən iyunun 3-dək Bakıda keçiriləcək.