Türkiyəyə gedən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
- 31 iyul, 2023
- 10:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Türkiyəyə 328 min 13 nəfər Azərbaycan vətəndaşı səyahət edib.
Bu barədə "Report"a Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 10 min 728 nəfər və ya 3,17 % azdır. Türkiyəyə gedən azərbaycanlılar bu ölkəyə səfər edən millətlərin 1,67 %-ni təşkil edir.
Qeyd edək ki, bu ilin 6 ayında Türkiyəyə ən çox səfər edən Rusiya, Almaniya, İngiltərə, Bolqarıstan və Polşa vətəndaşları olub.
Həmçinin bu ilin iyununda Türkiyəyə 74 min 136 nəfər Azərbaycan vətəndaşı səyahət edib. Bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 3 696 nəfər və ya 4,75 % azalma deməkdir. Türkiyəyə gedən azərbaycanlılar bu ölkəyə səfər edən millətlərin 1,33 %-ni təşkil edir.