Azərbaycan "EMİTT 2015" Beynəlxalq Turizm Sərgisində iştirak edir
Turizm
- 22 yanvar, 2015
- 11:22
Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün Türkiyənin İstanbul şəhərində "EMİTT 2015" Beynəlxalq Turizm Sərgisi başlayıb.
"Report" xəbər verir ki, beynəlxalq sərgidə Azərbaycanı 8 yerli turizm şirkəti təmsil edir.
Sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 72 kv.m-lik stend hazırlanıb və gələn qonaqlara təqdim olunması üçün ingilis və türk dillərində 15 adda reklam-çap məhsulları ilə təmin edilib.
Sərgi yanvarın 25-dək davam edəcək.
2003-cü ildən başlayaraq Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq on üçüncü dəfədir ki, "EMİTT" beynəlxalq turizm sərgisində iştirak edir. Bu il tədbirdə Azərbaycanla yanaşı, 71 ölkədən 4500-ə yaxın şirkət təmsil olunub.
Son xəbərlər
16:11
Giorgi Xaindrava: Cənubi Qafqazda sülhün əldə olunmasında İlham Əliyevin rolu unikaldır
Xarici siyasət16:07
Uruqvay millisinin hücumçusu Federiko Vinyas "Toluka"ya keçib
Futbol16:04
Seuta sahillərində 34 qanunsuz miqrantın meyiti aşkarlanıb - YENİLƏNİB
Digər ölkələr16:04
Magistraturaya qəbul olunanlar 12 avqust saat 18:00-dək qeydiyyatdan keçməlidirlər
Elm və təhsil16:01
Foto
Azərbaycanda süni intellektin maliyyə sektorunda tətbiqi müzakirə olunub
Maliyyə15:59
Foto
Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib - YENİLƏNİB-2
Xarici siyasət15:57
Konstitusiya Məhkəməsində Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılıb
Daxili siyasət15:50
Məleykə Abbaszadə: 150–200 bal toplayan abituriyentlərin I və II ixtisas qruplarında seçim imkanı geniş olacaq
Elm və təhsil15:50
Foto