Seutaya çatmağa çalışarkən həlak olan qanunsuz miqrantların sayı 57-yə çatıb - YENİLƏNİB-3
- 31 iyul, 2026
- 19:47
İspaniyanın Seuta muxtar şəhərinə daxil olmağa çalışarkən həlak olan mərakeşli qanunsuz miqrantların sayı 57 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.
İspaniya Daxili İşlər Nazirliyinin hesablamalarına görə, mütləq əksəriyyəti Mərakeş vətəndaşları olan 50 minə yaxın miqrant dünən səhər saatlarından etibarən Seutaya qanunsuz şəkildə daxil olub.
"İspaniyaya çatmağa çalışarkən ən azı 57 nəfər həlak olub. Onların əksəriyyəti El-Taraxal sərhəd bəndinin ətrafından üzərək keçmək istəyərkən boğulub", - məlumatda qeyd olunub.
İspaniyanın muxtar Seuta şəhərinə daxil olmağa çalışan Mərakeşdən olan qanunsuz miqrantlar arasında ölənlərin sayı 34-ə çatıb.
"Report" İspaniya mediasına istinadən xəbər verir ki, bu barədə Seuta muxtar şəhərinin prezidenti Xuan Xesus Vivas Lara bildirib.
Güc strukturları və təcili yardım xidmətinin məlumatına görə, bu il Seutaya üzərək çatmağa cəhd edərkən ölən miqrantların sayı 64-ə çatıb.
İspaniyanın Afrikanın şimal sahillərində yerləşən Seuta muxtar şəhərinə üzərək çatmağa çalışan azı 18 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "El País" qəzeti məlumat yayıb.
Yerli KİV-lərin daha əvvəl yaydığı məlumata görə, son bir həftə ərzində 1 500-dən çox miqrant Mərakeşdən üzərək Seutaya çatıb. Muxtar şəhərə gələnlərin dəqiq sayı hələ açıqlanmayıb.
Böhran fonunda İspaniya hakimiyyəti şəhərdə təhlükəsizliyin təmin olunmasına dəstək məqsədilə hərbçilərin cəlb edilməsi barədə qərar qəbul edib.
İyulun 31-də İspaniyanın Baş naziri Pedro Sançes və daxili işlər naziri Fernando Qrande-Marlaskanın Seutaya səfər etməsi planlaşdırılır.