Misir Şarm-əş-Şeyxə Azərbaycandan turist cəlb etmək niyyətindədir

Turizm
  • 23 oktyabr, 2017
  • 04:59
Misir Şarm-əş-Şeyxə Azərbaycandan turist cəlb etmək niyyətindədir

Bakı. 23 oktyabr. REPORT.AZ/ Misirin Şarm-əş-Şeyx kurort şəhəri turist cəlb etmək üçün yeni istiqamətləri inkişaf etdirmək niyyətindədir.

“Report” "Akhbar el-Yom" nəşrinə istinadən xəbər verir ki, siyahıda Azərbaycanın da adı var.

Bildirilir ki, yeni istiqamət axtarışı kurort bölgəsinə turist axınının böyük hissəsini təmin edən Rusiyadan aviareyslərin olmamasından irəli gəlir.