ABŞ-Ukrayna İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməni bağlayıb
- 03 oktyabr, 2026
- 00:55
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-Ukrayna Birgə İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməsini bağlayıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyinə ABŞ-nin Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının investisiya bölməsinin rəhbəri Konor Koulman məlumat verib.
Fond Ukraynanın "BGV Group" şirkəti ilə birgə investisiya platformasına təxminən 30 milyon dollar sərmayə yatırır. İlk mərhələdə o, nadir torpaq metalları, uran, berillium və sirkonium yataqları da daxil olmaqla, faydalı qazıntıların hasilatı layihələri ilə məşğul olacaq.
Minerallar sahəsindəki sövdələşmədən əlavə, fond daha dörd yeni layihə elan edib. Onun investisiyalarının ümumi həcmi təxminən 70 milyon dollara çatıb.
İki layihə Ukraynanın enerji infrastrukturunun gücləndirilməsinə yönəlib.
Fond 2025-ci ilin aprelində imzalanmış ABŞ və Ukrayna arasında faydalı qazıntılar haqqında saziş çərçivəsində yaradılıb. Onun fəaliyyəti faydalı qazıntılar, müdafiə, energetika və infrastruktur daxil olmaqla, beş strateji istiqaməti əhatə edir.