Əliyar Məmmədyarov: "Azərbaycanda turizmdən əldə olunan gəlirləri 38 % artıb"
- 09 iyul, 2026
- 10:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda turizmdən əldə olunan gəlirlər son üç ildə orta hesabla 38 % artıb.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Əliyar Məmmədyarov Bakıda keçirilən "İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, hava nəqliyyatı əlaqələrinin genişlənməsi, viza prosedurlarının sadələşdirilməsi və turizm istiqamətlərinin məqsədyönlü tanıdılması bu artımı dəstəkləyən əsas amillər olub: "2026-cı ilin birinci rübündə turizm xidmətlərinin ixracı qeyri-neft xidmət ixracının 21 %-ni təşkil edib. Azərbaycanın coğrafi mövqeyi, zəngin mədəni irsi, müxtəlif təbii landşaftları və inkişaf edən infrastrukturu ölkəni rəqabətqabiliyyətli və dayanıqlı turizm məkanına çevirmək üçün güclü zəmin yaradır".