DTA hotellərin qiymətinin tənzimlənməsi prosedurunu açıqlayıb

Turizm
  • 18 dekabr, 2022
  • 11:33
DTA hotellərin qiymətinin tənzimlənməsi prosedurunu açıqlayıb

Hotellərin qiymətlərini dövlət tənzimləmir.

“Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri Kənan Quluzadə deyib.

O bildirib ki, qiyməti bazar müəyyənləşdirir. Tələb artdıqca qiymətdə yüksəlir. Bayram yaxınlaşdıqca digər sahələrdə olduğu kimi turizm sektorunda da qiymətlər yüksəlir:

“Məsələn, dünən Şahdağda 75 % tutum var idi, baxmayaraq ki, mövsüm təzə başlayıb.

Artıq Şahdağ turizm mərkəzində mart ayına qədər yerlərin əksəriyyəti bron edilib”.

44 filmi