Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 8% artıb
Turizm
- 11 noyabr, 2019
- 11:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ay Azərbaycandan Gürcüstana 119 540 nəfər səfər edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib.
İllik müqayisədə qonşu ölkəyə yollanan Azərbaycan vətəndaşlarının sayı 8 585 nəfər və ya 7,7% artıb.
Azərbaycan Gürcüstana səfər edən əcnəbilərin sayı baxımından ikinci yeri tutub. Birinci yerdə 120 978 nəfərlə Ermənistan, üçüncü yerdə isə 118 252 nəfərlə Rusiya qərarlaşıb.
Oktyabr ayında qonşu ölkə, ümumilikdə, 782 670 nəfər beynəlxalq ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% çoxdur.
Son xəbərlər
10:28
Ali Sevim: İnanıram ki, Zəngəzur dəhlizinin açılması mənim fəaliyyətim dövrümə təsadüf edəcək
Xarici siyasət
10:27
Azərbaycanda işsizlikdən sığorta haqqı yalnız nağdsız formada ödəniləcək
Maliyyə
10:17
Filippində göyərtəsində altı xarici vətəndaşın olduğu təyyarə qəzaya uğrayıb
Digər ölkələr
10:16
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
10:14
Kambocada avtobusun gölə düşməsi nəticəsində beş məktəbli ölüb
Digər ölkələr
10:09
"Milan" futbolçusu Yunus Musanın müqaviləsinin müddətini uzatmaq istəyir
Futbol
10:05
Azərbaycan neftinin qiyməti 100 dollara düşüb
Energetika
10:05
Video
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Xarici siyasət
09:56
WSJ: ABŞ Britaniyadakı daha bir aviabazadan təyyarələrini təxliyə edib
Digər ölkələr