Kambocada avtobusun gölə düşməsi nəticəsində beş məktəbli ölüb

Digər ölkələr
  • 10 noyabr, 2026
  • 10:14
Kambocada avtobusun gölə düşməsi nəticəsində beş məktəbli ölüb

Kambocanın Kandal əyalətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində BELTEI məktəbinin beş şagirdi ölüb, daha ikisi isə yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

İlkin məlumatlara görə, valideynlər tərəfindən icarəyə götürülmüş və 26 şagirdi daşıyan avtomobil gölə düşüb.

"BELTEI Group"un baş direktorunun müavini Li Bunçxay hadisə anında nəqliyyat vasitəsində 26 məktəblinin olduğunu təsdiqləyib.

İlkin məlumata görə, sürücü motosikletlə toqquşmaqdan yayınmağa çalışarkən sükanı qəfil döndərib, bundan sonra avtomobil nohura düşüb.

Beş məktəbli avtomobilin içində qapalı qalaraq həlak olub. Daha iki nəfər xəstəxanaya çatdırılıb, digər şagirdlər isə xəsarət almayıblar.

Qəzadan sonra sürücü hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.