WSJ: ABŞ Britaniyadakı daha bir aviabazadan təyyarələrini təxliyə edib

Digər ölkələr
  • 10 noyabr, 2026
  • 09:56
WSJ: ABŞ Britaniyadakı daha bir aviabazadan təyyarələrini təxliyə edib

ABŞ hərbçiləri İran tərəfindən gələn təhlükə fonunda təyyarələrini Böyük Britaniyadakı Kral Hərbi Hava Qüvvələrinin Mildenholl aviabazasından başqa yerə köçürüblər.

"Report" "Wall Street Journal" (WSJ) nəşrinə istinadən xəbər verir ki, bu barədə mənbələr bildirib.

Nəşrin məlumatına görə, Mildenholl bazasında yerləşən ABŞ-yə məxsus iki yanacaqdolduran təyyarə səhər saatlarında Almaniyaya yönləndirilib. Daha sonra həmin aviabazadan olan digər bir neçə yanacaqdolduran təyyarə də Almaniyaya və başqa yerlərə köçürülüb.

Qeyd olunub ki, Kral Hərbi Hava Qüvvələrinin Mildenholl aviabazası üçün yaranan təhlükə ABŞ rəsmiləri arasında hələ də müzakirə olunur.

Qərar, Kral Hərbi Hava Qüvvələrinin Ferford aviabazasında baş vermiş və İranla bağlı olduğu ehtimal edilən insidentdən bir neçə həftə sonra qəbul edilib. Bu fonda ABŞ bombardmançıları obyektdən çıxarılmışdı.