Azərbaycana yay mövsümündə Mərkəzi Asiyadan turist axını 27 %-dən çox artıb

Turizm
  • 25 oktyabr, 2025
  • 12:50
Azərbaycana yay mövsümündə Mərkəzi Asiyadan turist axını 27 %-dən çox artıb

Builki yay mövsümündə (iyun–avqust aylarında) Azərbaycana Mərkəzi Asiya ölkələrindən 68 min 21 turist səfər edib.

"Report"un əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,4 % çoxdur.

Mövsüm ərzində ölkəyə ən çox turist Qazaxıstandan gəlib – 34 min 238 nəfər. Bu, ötən ilin yay mövsümü ilə müqayisədə 18,2 % artım deməkdir.

İkinci yerdə Özbəkistandan gələnlər qərarlaşıb - 19 min 513 nəfər. Bu, 1 il əvvələ nisbətən 52,9 % artım deməkdir.

Üçüncü yeri isə Türkmənistandan gələnlər tutub. Bu ölkədən Azərbaycana 8 min 613 nəfər turist gəlib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 5,8 % çoxdur.

Son 1 ildə Tacikistandan gələnlərin sayı 2,4 dəfə artaraq 2 min 620 nəfər, Qırğızıstandan gələnlərin sayı isə 13,1 % azalaraq 2 min 109 nəfər olub.

Son xəbərlər

Bütün Xəbər Lenti