​İtaliyanın dünyada tanınan aktrisası Tbilisiyə səfər edəcək

Şou-biznes
  • 09 may, 2016
  • 11:52
​İtaliyanın dünyada tanınan aktrisası Tbilisiyə səfər edəcək

Bakı. 9 may. REPORT.AZ/ İtaliyanın tanınmış aktrisası Sofi Loren bu il iyunun 15-də Tbilisiyə ilk dəfə səfər edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstanın opera müğənnisi Nino Surquladze deyib.

Məlumata görə, Sofi Loren Tbilisidə keçiriləcək "Diləklər ağacı" Xeyiriyyə Fondunun təşkil etdiyi konsertdə iştirak edəcək.

Qeyd edək ki, 2015-ci ildə bu fondun əsasını Nino Surquladze qoyub.

Fond ötən ildə dünyanın tanınmış sənət adamlarını ölkəsinə dəvət etmişdi.

Həmin tədbirdə toplanan maliyə vəsaiti Gürcüstanda ağır xəstə uşaqların müalicəsinə sərf edilib.