Dekabrın 31-də Dənizkənarı Milli Parkda atəşfəşanlıq olacaq

Şou-biznes
  • 29 dekabr, 2017
  • 06:23
Dekabrın 31-də Dənizkənarı Milli Parkda atəşfəşanlıq olacaq

Bakı. 29 dekabr. REPORT.AZ/ 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Bakının Dənizkənarı Milli Parkında atəşfəşanlıq təşkil olunacaq.

Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Atəşfəşanlıq dekabrın 31-i saat 24.00-da olacaq.