Azərbaycan təmsilçisi "Eurovision-2017"nin finalında çıxış edib - VİDEO

Şou-biznes
  • 13 may, 2017
  • 20:02
Azərbaycan təmsilçisi Eurovision-2017nin finalında çıxış edib - VİDEO

Bakı. 14 may. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə "Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsinə start verilib.

"Report" xəbər verir ki, Azərbaycan təmsilçisi Diana Hacıyeva (DiHaj) "Skeletons" mahnısı ilə 12-ci nömrə altında çıxış edib.

Ümumilikdə bugünkü finalda 26 ölkənin təmsilçisi səhnəyə çıxacaq.

Qalib tamaşaçıların və münsiflər heyətinin verdiyi xallar əsasında müəyyən ediləcək.

Ötənilki müsabiqənin qalibi "1944" adlı mahnı ilə Ukrayna təmsilçisi Camala (Jamala) olub.

Azərbaycan təmsilçisi "Eurovision-2017"nin finalında çıxış edib - VİDEO

44 - Tezliklə