Şəkidə məktəblilərin səhhətində yaranan problemlə bağlı aparılan araşdırmaların nəticələri açıqlanıb

Sosial müdafiə
  • 28 noyabr, 2018
  • 13:41
Şəkidə məktəblilərin səhhətində yaranan problemlə bağlı aparılan araşdırmaların nəticələri açıqlanıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən 5 məktəbli və bir müəllimin səhhətində yaranan problemlə bağlı aparılan araşdırmaların nəticələrini açıqlayıb.

AQTA-dan "Report"a verilən məlumata görə, Agentliyin mütəxəssislərinin götürdükləri nümunələr laborator müayinələrdən keçirilib.

Müayinələrin nəticələrinə görə, uşaqların qidalandığı yeməklərdə insan orqanizmi üçün təhlükəli hesab edilə biləcək mikroorqanizmlər aşkar edilməyib. Eyni zamanda məktəblilərin müayinə olunduğu rayon xəstəxanasının həkimlərinin rəylərinə və laborator müayinə nəticələrinə əsasən sözügedən hadisənin qida zəhərlənməsi olmadığı müəyyən edilib.