Estoniyanın Narva şəhərində istilik tariflərinin kəskin artması narazılıq yaradıb

Digər ölkələr
  • 12 oktyabr, 2026
  • 05:48
Estoniyanın Narva şəhərində istilik tariflərinin kəskin artması narazılıq yaradıb

Estoniyanın Narva şəhərinin sakinləri qış ərəfəsində istilik tariflərinin kəskin artmasından narazılıq ediblər.

"Report" "ERR" portalına istinadən xəbər verir ki, Estoniyanın qazdan istifadəyə keçməsindən sonra istilik qiymətləri əhəmiyyətli dərəcədə artıb.

Belə ki, Narva sakinləri istilik xidmətinə görə daha yüksək tariflərlə ödəniş etməyə məcbur olublar.

Şəhərin meri Yaan Toots bildirib ki, qiymətlərin artmasının qarşısını almağın yollarından biri qazın şist yanacağı ilə əvəzlənməsi ola bilər.

Onun sözlərinə görə, bu keçid üçün texniki imkan artıq mövcuddur.