Sahil Babayev: "Ailənin bir üzvü işləyirsə, başqa üzvü dəstək ala bilməz"
Sosial müdafiə
- 07 aprel, 2020
- 13:58
Sahil Babayev
"Bəzən əmək müqaviləsi ilə işləyən şəxslər belə birdəfəlik ödəniş almaq üçün müraciət edirlər. Birmənalı şəkildə bilməliyik ki, dəstək sosial cəhətdən həssas təbəqəyə aiddir. Əgər ailənin bir üzvü əmək müqaviləsi ilə işləyirsə, ailə üzvlərinin başqa nümayəndəsi əlavə dəstək ala bilməz".
"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, gəlir mənbəyi olanların işsizliklə bağlı müraciət etməsi sadəcə işi ləngidir.
S.Babayev qeyd edib ki, məhz işsiz hesab edilən şəxslər üçün birdəfəlik ödəniş ediləcək:
"Son iki gün ərzində 10 minlərlə müraciət emal edilib. Qeydiyyata düşən və haqqı olan hər kəsə ödəniş olunacaq".
Son xəbərlər
20:15
Foto
Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda vətəndaş qəbulu keçirib
Daxili siyasət20:07
Ukraynada Ermənistanın azərbaycanlı əhalisinin tarixi haqqında kitab çap olunub
Digər ölkələr20:04
ABŞ-də dörd şirkət süni intellektin inkişafını ləngitməkdə ittiham edilib
İKT20:03
20 Sentyabr yalnız hərbi uğurun deyil, həm də milli birliyin təcəssümüdür - RƏY
Daxili siyasət19:55
İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər
Region19:45
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərindən biri heç-heçə edib, digəri qələbə qazanıb
Fərdi19:42
CENTCOM 1 milyard bareldən çox xam neftin Hörmüz vasitəsilə təhlükəsiz daşınmasını təmin edib
Digər ölkələr19:32
Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub edib
Futbol19:25