Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub edib

Futbol
  • 19 sentyabr, 2026
  • 19:32
Premyer Liqa: Turan Tovuz Zirəni məğlub edib

Misli Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edib.

Tovuz şəhər stadionunda reallaşan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0. Filip Damyanoviç 90+6-cı dəqiqədə fərqlənib.

Xallarının sayını 11-ə çatdıran meydan sahibləri dördüncü pilləyə yüksəlib. Bakı klubu 10 xalla beşincidir.

Günün ikinci görüşündə "İmişli" "Sabah"ın qonağı olacaq.

Xatırladaq ki, tura sentyabrın 20-də yekun vurulacaq. Ötən gün "Neftçi" "Qəbələ"ni (3:0), "Qarabağ" "Şəfa"nı məğlub edib - 1:0.

44 - Tezliklə