Nazirlik 70 nəfər əlili Nabrana istirahətə göndərib

Sosial müdafiə
  • 29 iyun, 2015
  • 06:16
Nazirlik 70 nəfər əlili Nabrana istirahətə göndərib

Bakı. 29 iyun. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyi olan şəxslərdən daha 70 nəfərini Xaçmaz rayonundakı Nabran istirahət zonasında yerləşən istirahət və sağlamlıq mərkəzinə göndərib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, nazirlik bu ilin yaz-yay mövsümündə 1000 nəfərdən artıq əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərində istirahətinin təşkilini nəzərdə tutub. 

Onlardan artıq 786 nəfərin həmin mərkəzlərə göndərilməsi təmin edilib. Əlilliyi olan şəxslərin istirahətinin mənalı keçməsi üçün xüsusi proqram çərçivəsində mədəni-kütləvi tədbirlər, tarixi və görməli yerlərə gəzinti turları, fizioterapevtik müalicə prosedurları və s. təşkil edilir.