Leyla Əliyeva 2 saylı uşaq evinin sakinləri ilə görüşüb
Sosial müdafiə
- 02 iyun, 2017
- 06:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 iyun. REPORT.AZ/ Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının 2 saylı uşaq evinin sakinləri ilə görüşüb.
Bu barədə “Report”a Fondun mətbuat xidmətindən bildirilib.
Uşaqlarla birlikdə nahar süfrəsi arxasında səmimi söhbət edən Leyla Əliyeva onların dərs ilini uğurla başa vurması barədə danışıb və qarşıda yay istirahəti müddətində asudə vaxtlarının təşkili proqramı ilə maraqlanıb.
Qeyd edək ki, 2 saylı uşaq evi Heydər Əliyev Fondunun daim baş çəkdiyi müəssisələrdən biridir. Bu dəfə uşaq evindən kənarda təşkil olunan görüşdə uşaqlar üçün əyləncə proqramı da təşkil edilmişdi. Leyla Əliyeva uşaqlarla birlikdə rəqs edib. Onlarla xatirə fotoları çəkdirib.
Son xəbərlər
12:32
Qazaxıstan AQEM çərçivəsində preventiv diplomatiya mexanizminin yaradılmasını təklif edib
Xarici siyasət
12:30
Tokayev: Azərbaycan AQEM-i tamhüquqlu beynəlxalq təşkilata çevirmək vəzifəsini həyata keçirir
Xarici siyasət
12:30
Foto
Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib
Hərbi
12:28
İlham Əliyev: 2023-cü il Azərbaycan üçün əlamətdar il olub
Xarici siyasət
12:26
Foto
İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - yenilənib-3
Xarici siyasət
12:24
İlham Əliyev: Azərbaycan müharibədən sonrakı 3 ildə suverenliyinin tam bərpası məsələsini sülh yolu ilə həll etməyə çalışdı
Xarici siyasət
12:24
Tokayev: İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib
Xarici siyasət
12:21
Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadılıb
Xarici siyasət
12:15
BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır
Maliyyə