Konstitusiya Məhkəməsi vərəsəlik hüququ ilə bağlı qərar qəbul edib

Sosial müdafiə
  • 16 sentyabr, 2022
  • 15:57
Konstitusiya Məhkəməsi vərəsəlik hüququ ilə bağlı qərar qəbul edib

Konstitusiya Məhkəməsi vərəsəlik hüququ ilə bağlı qərar qəbul edib.

"Report" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Məcəllənin 1159-cu maddəsinin bəzi müddəalarının 1165-ci maddə ilə əlaqəli şəkildə şərhi üçün müraciət edib.

Konstitusiya Məhkəməsi müraciət əsasında konstitusiya işinə baxıb və müvafiq qərar qəbul edib.

Qərarda deyilir ki, Mülki Məcəllənin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər.