İngiltərə Premyer Liqasında son doqquz ildə ən uzun məsafədən qol vurulub

Futbol
  • 19 oktyabr, 2026
  • 00:16
İngiltərə Premyer Liqasında son doqquz ildə ən uzun məsafədən qol vurulub

"Brayton"un paraqvaylı yarımmüdafiəçisi Dieqo Qomes 2017-ci ildən bəri İngiltərə Premyer Liqasında (EPL) ən uzun məsafədən qol vurub.

"Report" bu barədə "Opta" statistika portalına istinadən xəbər verir.

"Brayton" bazar günü İngiltərə Premyer Liqasının VII turunda "Kristal Pelas"ı 5:0 hesabı ilə darmadağın edib. Qomes matçın yeddinci dəqiqəsində meydanın orta xəttindən 51 metr məsafədən qol vurub.

2017-ci ilin noyabrında Ueyn Runi "Everton"un heyətində "Vest Hem"ə qarşı oyunda 58 metr məsafədən qol vurmuşdu.