Azərbaycanda İşsizlikdən Sığorta Fondunun büdcəsi 30%-dən çox artırılır

Sosial müdafiə
  • 18 oktyabr, 2019
  • 12:51
Azərbaycanda İşsizlikdən Sığorta Fondunun büdcəsi 30%-dən çox artırılır

2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri 128,2 milyon manat məbləğində proqnozlaşdırılır.

“Report” bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən xəbər verir.

Sənədlərə əsasən, bu, 2019-cu ilin proqnozu ilə müqayisədə 29,7 milyon manat və yaxud 30,2% çoxdur.