Dövlət Komitəsinin sədri beynəlxalq təşkilatların Azərbaycanla bağlı hesabatlarını tənqid edib

Sosial müdafiə
  • 21 dekabr, 2018
  • 06:04
Dövlət Komitəsinin sədri beynəlxalq təşkilatların Azərbaycanla bağlı hesabatlarını tənqid edib
Hicran Hüseynova

Bakı. 21 dekabr. REPORT.AZ/ "Çox yaxşı olar ki, beynəlxalq təşkilatların Azərbaycanla bağlı hazırladığı hesabatlara yerli mütəxəssislər cəlb olunsun". 

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. 

O bildirib ki, həmin hesabatların hazırlanmasında aidiyyəti dövlət orqanlarının nümayəndələri iştirak etsə çox yaxşı olar: "Müxtəlif mövzuları əhatə edən hesabatlar hazırlanır, amma burada real vəziyyət öz əksini tapmalıdır. Amma biz bir çox hallarda bəzi hesabatlarda köhnə göstəricilərdən istifadə olunduğunu görürük".

44 - Tezliklə