Gənclər və idman nazirinin Qubada vətəndaşları qəbulunun vaxtı dəyişdirilib

Sosial müdafiə
  • 27 yanvar, 2016
  • 08:57
Gənclər və idman nazirinin Qubada vətəndaşları qəbulunun vaxtı dəyişdirilib

Bakı. 27 yanvar. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimovun Qubada vətəndaşları qəbul edəcəyi tarix dəyişdirilib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yanvarın 18-də Quba rayonunda keçirilməsi nəzərdə tutulan qəbul fevral ayının 12-nə keçirilib. 

Nazirlikdən bildirilib ki, görüş fevralın 12-də saat 11:00-da Quba rayonu Heydər Əliyev Mərkəzində olacaq. Görüşdə Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.