ARDNF istiqraz yatırımlarının müddət üzrə bölgüsünü açıqlayıb

Maliyyə
  • 20 oktyabr, 2026
  • 11:57
ARDNF istiqraz yatırımlarının müddət üzrə bölgüsünü açıqlayıb

Bu il oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və digər pul bazarı alətlərinə yönəltdiyi investisiyaların 13,4 %-i 1 ilə qədər müddətə olan alətlərə yerləşdirilib.

Bu barədə "Report" Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 1 faiz bəndi azdır.

Hesabat dövründə 1-3 illik istiqrazların xüsusi çəkisi 3,8 faiz bəndi yüksələrək 31,5 %-ə çatıb, 3-5 illik istiqrazların payı isə 3,5 faiz bəndi azalaraq 27 %-ə düşüb. Müddəti 5 ildən çox olan istiqrazların payı isə 0,7 faiz bəndi artaraq 28,1 % səviyyəsində qərarlaşıb.

Bu il oktyabrın 1-nə ARDNF-in investisiya portfelinin ümumi dəyəri 74 milyard 3 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən il oktyabrın 1-i ilə müqayisədə 5,5 % çoxdur. Hesabat tarixinə Fondun aktivləri isə 74 milyard 4 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 5,5 % çoxdur.

44 filmi