Ədliyyə naziri Gədəbəydə vətəndaşları qəbul edəcək
- 21 iyun, 2016
- 09:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 iyun. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov Gədəbəy rayonunda vətəndaşları qəbul edəcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul iyunun 24-də olacaq. Qəbulda Gədəbəy, Şəmkir və Tovuz rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbula Şəmkir regional ədliyyə şöbəsi (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 2, əlaqə telefonu: (02230) 5-48-81, (050) 396-91-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, habelə Gədəbəy Rayon Mədəniyyət Evində yazıla bilərlər.
Eyni zamanda, vətəndaşlar Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına da (www.exidmet.justice.gov.az) müraciət edə bilərlər.