Yusif Abdullayev: "Qeyri-neft-qaz sahəsində Kamboca ilə əməkdaşlıq imkanları var"
- 12 oktyabr, 2026
- 15:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan qeyri-neft-qaz sektorunda Kamboca ilə əməkdaşlıq imkanları görür.
"Report" xəbər verir ki, bunu Azərbaycan nümayəndə heyətinin rəsmi təmsilçisi Yusif Abdullayev Azərbaycan-Kamboca Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, son illərdə Azərbaycan diqqətəlayiq transformasiya prosesindən keçib: "Biz infrastrukturumuzu əhəmiyyətli dərəcədə inkişaf etdirmiş, iqtisadiyyatımızı gücləndirmiş və beynəlxalq investorlar, biznes üçün yeni imkanlar yaratmışıq. Bu gün Azərbaycan özünü Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat, logistika və iqtisadi mərkəz kimi mövqeləndirir. Eyni zamanda, iqtisadiyyatımızın şaxələndirilməsi, xüsusilə də qeyri-neft-qaz sektorlarının inkişafı istiqamətində fəal iş aparırıq. Hesab edirik ki, Kamboca və Azərbaycan arasında bu sahələrdə əməkdaşlığın inkişafı üçün əhəmiyyətli potensial mövcuddur".