Lukaşenko Litva, Latviya və Polşa ilə münasibətlərin bərpa olunmasının tərəfdarıdır

Digər ölkələr
  • 12 oktyabr, 2026
  • 14:59
Lukaşenko Litva, Latviya və Polşa ilə münasibətlərin bərpa olunmasının tərəfdarıdır

Belarus Prezidenti Aleksandr Lukaşenko Litva, Latviya və Polşa ilə münasibətlərin bərpa olunmasının lehinə çıxış edib.

"Report" xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, Avropadakı quraqlıq problemləri və bununla müşayiət olunan ərzaq problemləri əməkdaşlıq üçün imkanlar yaradır.

"Biz qonşularla əməkdaşlıq etməliyik. Həm polşalılarla, həm litvalılarla, həm də latviyalılarla. Avropada bu quraqlıq səbəbindən ərzaqla bağlı problemlərin yaşandığı indiki vəziyyətdə onlarla tədricən əməkdaşlığa başlamaq lazımdır. Qonşu qonşudur. Bir-birimizə yalnız nişangahdan baxmayıb, iqtisadi cəhətdən əməkdaşlıq etməyə başladığımız zaman, müharibədən qaça biləcəyik", - o bildirib.