“CinemaPlus” 100 aztəminatlı ailəyə yardım etdi

Sosial müdafiə
  • 27 aprel, 2020
  • 08:51
“CinemaPlus” 100 aztəminatlı ailəyə yardım etdi

“CinemaPlus” kinoteatrlar şəbəkəsi “Rahat” supermarketlər şəbəkəsindən 100 ədəd “Dəstək Qutusu” alaraq ehtiyacı olan yaşlılara, çoxuşaqlı ailələrə və işsiz ailələrə “Dəyər ver-dəstək ol!” aksiyasına qoşulub.

"Report" xəbər verir ki, həmin qutunun tərkibinə 18 çeşiddə ilkin tələbat ərzaq məhsulları daxil olunub.

“CinemaPlus” kinoteatrı olaraq Yaxşılıq Pandemiyasına qoşulmaqda əsas məqsəd bir-birimizə dəstək olmaq, birləşmək, özümüzü və başqalarını qorumaq, mümkün olduqda kömək etməkdir.

Xatırladaq ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsi mart ayında Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait ayırıb.