İsrail Ordusu Qəzzada HƏMAS-ın iki komandirini və döyüşçüsünü zərərsizləşdirib
- 28 avqust, 2026
- 02:34
Yeniliklərdən dərhal xəbərdar olun!
İsrailin Müdafiə Ordusu Xan Yunis ərazisində HƏMAS-ın iki komandirini zərərsizləşdirib.
"Report"un xəbərinə görə, bu barədə ordunun Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İsrail Ordusu Xan Yunisdə hərəkatın hərbi qanadının komandiri İsmayıl Məhəmməd İbrahim Barimə və HƏMAS-ın tank əleyhinə bölməsinin komandiri Bilal İbrahim Saleh Ragiyə dəqiq zərbələr endirib.
"Barim Qəzzanın cənubundakı tuneldə üç israilli girov saxlayırdı", - məlumatda deyilir.
Hava hücumu nəticəsində həmçinin ərazidəki HƏMAS-ın döyüşçüsü Əzzam Rifat Əbd Əbdal da öldürülüb.
İsrail Ordusunun məlumatına görə, onlar son zamanlar ölkənin mülki əhalisinə və hərbçilərinə qarşı terror hücumları həyata keçirməyə davam edərək atəşkəsi pozublar.