Britaniya Baş naziri İrlandiyanın birləşməsi ilə bağlı referendumun müzakirəsindən imtina edib
- 28 avqust, 2026
- 03:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniyanın Baş naziri Endi Börnhem Şimali İrlandiyanın İrlandiya Respublikası ilə birləşməsi ilə bağlı referendum keçirilməsini istisna edib.
"Report"un məlumatına görə, o, bu barədə Belfasta səfəri zamanı BBC-nin efirində bildirib.
"Mən əməkdaşlığa yönəlmiş yanaşmanı davam etdirəcəyəm. Lakin bəzi məsələlər müzakirə olunmur və bu, müzakirə mövzusu olmayacaq məsələlərdən biridir", - Börnhem deyib.
O, qeyd edib ki, siyasi xal toplamağa deyil, Şimali İrlandiya sakinlərinin həyat səviyyəsinin yaxşılaşdırılmasına diqqət yetirir.
"Şinn feyn" Partiyasının uğurundan sonra İrlandiyanın birləşməsi ilə bağlı müzakirələr daha da güclənib. Partiya ilk dəfə 2022-ci ildə Şimali İrlandiyanın regional seçkilərində qalib gəlib və 2024-cü ildə İcmalar Palatasının seçkilərində Olsterin siyasi qüvvələrindən ən yaxşı nəticəni əldə edib.
"Şinn feyn"in sədri Meri Lu Makdonald Londonun mövqeyini məntiqsiz və qəbuledilməz adlandırıb.
Xatırladaq ki, 1998-ci il Belfast Sazişi Şimali İrlandiyanın İrlandiya Respublikası ilə birləşməsi ilə bağlı referendum keçirilməsi mümkünlüyünü nəzərdə tuturdu. Bunun üçün Böyük Britaniyanın Şimali İrlandiya üzrə nazirinin qərarı tələb olunur.
Saziş Şimali İrlandiyada 3 500-dən çox insanın öldüyü, təxminən 50 000 nəfərin yaralandığı 30 illik münaqişəyə son qoyub.