Bu ilin doqquz ayında Azərbaycanda 2126 əkiz, 75 üçəm doğulub

Sosial müdafiə
  • 20 noyabr, 2026
  • 15:01
Bu ilin doqquz ayında Azərbaycanda 2126 əkiz, 75 üçəm doğulub

Bu ilin doqquz ayında Azərbaycanda 1902 əkiz, 69 üçəm doğulub.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 64043 doğulan körpə qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 9,4-dən 8,3-ə enib.

Doğulan körpələrin 53,2 % oğlanlar, 46,8 % isə qızlar təşkil edib.

Bu ilin doqquz ayı ərzində ölkədə 44919 ölüm halı qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,8) qalıb.