Azərbaycana bu ilin yanvar-sentyabr ayları ərzində daimi yaşamaq üçün 3130 nəfər gəlib

Daxili siyasət
  • 20 noyabr, 2026
  • 15:02
Azərbaycana bu ilin yanvar-sentyabr ayları ərzində daimi yaşamaq üçün 3130 nəfər gəlib

Azərbaycana 2026-cı ilin yanvar-sentyabr ayları ərzində daimi yaşamaq üçün 3130 nəfər gəlib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3130 nəfər gələn, Azərbaycandan isə 1780 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 1350 nəfər təşkil edib.