Balakəndə "ABAD" xidməti layihəsinin təqdimatı keçirilib - FOTO

Sosial müdafiə
  • 04 noyabr, 2016
  • 11:20
Balakəndə ABAD xidməti layihəsinin təqdimatı keçirilib - FOTO

Balakən. 4 noyabr. REPORT.AZ / Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun iştirakı ilə Balakən rayonunda ASAN xidmətin nəzdində yaradılan yeni “ABAD” xidməti layihəsinin təqdimatı olub. 

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, təqdimatdan öncə R.Abdullayev və tədbir iştirakçıları Balakən rayonunda olan kiçik ailə biznesi nümunələrinin sərgisinə baxış keçiriblər.

Daha sonra təqdimat mərasimində şıxış edən SOCAR prezidenti "ABAD" layihəsinin kiçik ailə biznesi ilə məşğul olan insanlara dəstək olacağını, hər kəsin evdə hazırladığı məhsulu asanlıqla bazar qiymətinə sata biləcəyini qeyd edib.

ASAN xidmətin sədri İnam Kərimov ölkə Prezidentinin tapşırığı ilə əhalinin sosial inkişafı və məşğulluğun artırılması məqsədi ilə yeni yaradılacaq xidmət mərkəzində kiçik ailə bizneslərinin inkişafına veriləcək dəstəyin mahiyyətini rayon ictimaiyyətinə açıqlayıb. O, ailələrə istehsal prosesində dizayn, qablaşdırma və əldə olunan hazır məhsulun satışında göstəriləcək yardımlardan danışıb. 

Təqdimat mərasimində bildirilib ki, yeni yaradılan xidmət təkcə kənd təsərrüfatı məhsullarını deyil, eyni zamanda sənətkarların əl işlərini də əhatə edir. Vurğulanıb ki, bu xidmət çərçivəsində ailələrin daha çox qazanc əldə etməsi üçün şərait yaradılması ilə bərabər Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsi tərəfindən uyğunluq, keyfiyyət, baytarlıq və sair sertifikatlarla təmin ediləcək.

44 filmi