"Azərikimya"da aztəminatlı ailələrə sovqat paylanılıb

Sosial müdafiə
  • 05 iyul, 2016
  • 15:12
Azərikimyada aztəminatlı ailələrə sovqat paylanılıb

Bakı. 5 iyul. REPORT. AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya" İstehsalat Birliyində Ramazan bayramı münasibətilə aztəminatlı ailələrə sovqat paylanılıb.

"Report" quruma istinadən xəbər verir ki, İB-nin kollektivinin nümayəndələri Ramazan bayramı ərəfəsində Əlil Qadınlar Cəmiyyəti Sumqayıt şəhər təşkilatının, Əlillərin Beynəlxalq Əməkdaşlığı uğrunda Cəmiyyətin, Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Şurasının üzvləri, Şəhid ailələri və Qarabağ əlillərinin “Rahib” Xeyriyyə Cəmiyyətinin, Respublika Gözdən Əlillər Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin təmsilçiləri, şəhərin aztəminatlı ailələrinin üzvləri, həmçinin Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin qeydiyatında olan bir qrup sakinlə görüşüblər.

Görüşdə imkansiz ailələrin və əlillərin yaşayış tərzi, ailə-məişət qayğıları öyrənilib, onların arzu və istəkləri dinlənilib. Ramazan bayramı münasibətilə "Azərikimya" İB tərəfindən şəhid, əlil və veteran ailələrinə, həmçinin aztəminatlı şəhər sakinlərinə bayram sovqatı paylanılıb. 

Son xəbərlər

Bütün Xəbər Lenti