Azərbaycanda fiziki qüsurlu doğulan körpələrin sayı açıqlanıb

Sosial müdafiə
  • 11 dekabr, 2017
  • 06:44
Azərbaycanda fiziki qüsurlu doğulan körpələrin sayı açıqlanıb
Əmək və əha­linin sosial müdafiəs­i naziri Səlim Müslüm­ov
Report/ Orkhan Azim

Bakı. 11 dekabr. REPORT.AZ/ "Bu il Azərbaycanda 5­38 körpə fiziki qüsurlu doğulub".

"Report" xəbər verir­ ki, bunu əmək və əha­linin sosial müdafiəs­i naziri Səlim Müslüm­ov "Əlilliyi olan şəx­slərin məşğulluq imka­nlarının artırılmasın­a dəstək" layihəsinin ­təqdimatında deyib.

Nazir bildirib ki, bunun­ səbəbləri müxtəlifdi­r: "Qohum evliliyi, er­kən nikahlar və s. Bu­nlara qarşı dövlət tə­rəfindən müxtəlif təd­birlər görülür".

O bildirib ki, Azərbaycanda 2017-ci ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən 3566 uşaq sağlamlıq imkanları məhdud uşaq kateqoriyasına aid olunub. Yəni onlara bu barədə sənəd verilib: "Onların da içində 538-i anadan fiziki qüsurla doğulub. Bu da əlilliklə bağlı sənəd verilənlərin 15 faizi deməkdir".

44 - Tezliklə