Azərbaycanda qadın elmlər doktorlarının sayı açıqlanıb

Sosial müdafiə
  • 25 sentyabr, 2017
  • 16:43
Azərbaycanda qadın elmlər doktorlarının sayı açıqlanıb
Report

Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycanda qadın elmlər doktorlarının sayı 453 nəfərdir.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə 2 067 kişi elmlər doktoru var.

Qadın fəlsəfə doktorlarının sayı da kişilərdən daha azdır. Ötən il ölkə üzrə 5 179 qadın, 6 359 kişi fəlsəfə doktoru qeydə alınıb.

Azərbaycanda ötən il parlamentdə təmsil olunanların 83,9 faizini kişilər, 16,1 faizini isə qadınlar təşkil edib.