Azərbaycanda bu il işlə təmin olunan əlillərin sayı açıqlanıb

Sosial müdafiə
  • 01 dekabr, 2017
  • 07:23
Azərbaycanda bu il işlə təmin olunan əlillərin sayı açıqlanıb
Report/ Orkhan Azim

Bakı. 1 dekabr. REPORT.AZ/ "Bu ilin 10 ayı ərzində 400 nəfər əlilliyi olan şəxs işlə təmin olunub".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "BMT-nin Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiyanın icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, 2017-ci ilin ötən dövrü ərzində 70 nəfər əlilliyi olan şəxs üçün peşə hazırlığı təşkil edilib: "Özünəməşğulluq proqramına cəlb olunanlardan da 60 nəfəri əlilliyi olan şəxslərdir".

Nazir bildirib ki, ölkədə pensiya ilə təmin olunanların 29 faizini əlilliyi olan şəxslər təşkil edir.