Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edəcək

Sosial müdafiə
  • 13 sentyabr, 2018
  • 12:00
Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edəcək
Gənclər və idman naziri Azad Rəhimov
Report/ Elshan Baba

Bakı. 13 sentyabr. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov Şirvan şəhərində vətəndaşları qəbul edəcək. 

Gənclər və İdman Nazirliyindən "Report"a verilən məlumata görə, sentyabrın 14-də baş tutacaq qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Şirvan “Gənclər evi”ndə (Şirvan şəhəri, Naxçıvan küçəsi 1B) başlanacaq.