"Ford" 115 mindən çox avtomobili geri çağıracaq
Sənaye
- 24 sentyabr, 2025
- 13:04
"Ford Motors" şirkəti ABŞ-də 115 min 54 avtomobili sükan çarxında nöqsana görə geri çağırır.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli İdarəsi məlumat yayıb.
Məlumata görə, idarəetmənin itirilməsinə səbəb ola biləcək problem buraxılış ili 2020-2021-ci illər olan avtomobillərdə, xüsusilə F-250, F-350 və F-450 modellərində aşkarlanıb.
"Ford" dilerləri qüsurlu komponentin pulsuz yoxlanılmasını, təmir edilməsini və ya dəyişdirilməsini təmin edəcək.
Son xəbərlər
19:32
İraqın Baş naziri Türkiyədə səfərdədir
Region19:28
Göyçayda dağlıq və düzənlik ərazilərdə hektarlarla örüş və biçilmiş taxıl sahələri yanıb
Hadisə19:27
Foto
Orxan Həbibliyə dünya çempionatının bürünc medalı təqdim edilib
Fərdi19:17
Aİ 1 600-dən çox Rusiya şirkətinə qarşı sanksiyalar hazırlayır
Digər ölkələr19:14
Tramp və Zelenski Vaşinqtonda ikitərəfli görüş keçiriblər
Digər ölkələr19:02
Foto
Dünya çempionatı: Bürünc medal qazanan Ömər Salmanov mükafatlandırılıb
Fərdi19:02
Foto
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində çıxışlar başa çatıb
Hadisə19:01
Foto
Azərbaycanın daha bir güləşçisi Orxan Həbibli dünya çempionatının bürünc medalını qazanıb
Fərdi19:00