Almaniyada Bundesverdə xidmət üçün 18 yaşlı kişilərin məcburi tibbi müayinəsinə başlanılıb

Digər ölkələr
  • 20 sentyabr, 2026
  • 03:40
Almaniyada Bundesverdə xidmət üçün 18 yaşlı kişilərin məcburi tibbi müayinəsinə başlanılıb

Almaniya Silahlı Qüvvələri (Bundesver) 18 yaşlı kişilər üçün məcburi tibbi yoxlamalara başlayıb.

"Report" "Berliner Morgenpost"a istinadən xəbər verir ki, tibbi müayinə alman kişilərinin Bundesver sıralarında hərbi xidmətə yararlılığını müəyyən etməlidir.

İyul ayından bəri minə yaxın gənc proseduru keçib. Avqustun sonuna qədər onlara 451 mindən çox anket göndərilib, bununla belə onlar anketlərdə Bundesverdə xidmət etmək istəmədiklərini qeyd ediblər.

Həmçinin Almaniyada gələcək çağırışçıların tibbi müayinəsi üçün 24 mərkəzin yaradılması planlaşdırılır.

44 - Tezliklə