Azərbaycanın qızıl ixracından gəlirləri 22 %-dək azalıb

Sənaye
  • 30 sentyabr, 2022
  • 09:36
Azərbaycanın qızıl ixracından gəlirləri 22 %-dək azalıb

Bu ilin avqust ayında Azərbaycan 16,1 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilir.

Sənədə əsasən, bu, 2021-ci ilin avqust ayı ilə müqayisədə 7,3 milyon ABŞ dolları və ya 31,2 % azdır.

2022-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycan 109,8 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da 2021-ci ilin 8 aylıq göstəriciləri ilə müqayisədə 30,3 milyon ABŞ dolları və ya 21,6 % azdır.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi ixracı 26,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,9 milyard ABŞ dolları təşkil edib.