Azərbaycan şəkər ixracından qazancını 24 % artırıb

Sənaye
  • 26 fevral, 2022
  • 10:02
Azərbaycan şəkər ixracından qazancını 24 % artırıb

Bu ilin yanvar ayında Azərbaycan 4,428 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,448 milyon ABŞ dolları (2 dəfə) azdır.

Yanvar ayı ərzində Azərbaycanın şəkər və şəkərdən hazırlanan qənnadı ixracının dəyəri isə 1,895 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,367 milyon ABŞ dolları (24 %) çoxdur.

Hesabat dövründə şəkər və şəkərdən hazırlanan qənnadı üzrə idxal Azərbaycanın ümumi idxalının 0,45 %-ni, ixrac isə ümumi ixracın 0,06 %-ni təşkil edib.