Azərbaycan propilen istehsalını 6 %-ə yaxın artırıb

Sənaye
  • 28 mart, 2025
  • 17:46
Azərbaycan propilen istehsalını 6 %-ə yaxın artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 26,3 min ton propilen istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,6 % çoxdur.

Təkcə fevralda isə ölkədə 12,5 min ton propilen istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 11 % azdır.

Bu il martın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 0,7 min ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 121,4 min ton propilen istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 20,7 % azdır.