Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan audit sahəsində yeni birlik təsis ediblər

Maliyyə
  • 16 sentyabr, 2026
  • 14:15
Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan audit sahəsində yeni birlik təsis ediblər

Bakıda Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin təsis edilməsinə dair Saziş imzalanıb.

"Report" xəbər verir ki, bu, Azərbaycanın Auditorlar Palatasının fəaliyyətinin 30 illik yubileyinə həsr olunmuş tədbir və "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" adlı beynəlxalq elmi-praktik konfrans çərçivəsində baş tutub.

Sənədi Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov, Türkiyə İctimai Nəzarət, Mühasibat və Audit Standartları Qurumunun vitse-prezidenti Hayrettin Kurt, Qazaxıstan Auditorlar Palatası Şurasının sədri Sapar Koskimbayev, həmçinin Özbəkistan Auditorlar Palatası Şurasının sədri Nemətulla Kərimov imzalayıb.

H.Kurt bildirib ki, ölkəsi mühasibat və audit sahəsində birgə addımlar atmağın, təcrübəsini bölüşməyin tərəfdarıdır: "Yaratdığımız birlik iqtisadiyyatlarımızın gələcəyi üçün çox qiymətli zəmin formalaşdıracaq. Türk dünyası olaraq bir araya gələcək, bir-birimizin hüququnu, iqtisadi, o cümlədən maliyyə fəaliyyətini sona qədər dəstəkləyəcəyik. Biz buna ürəkdən inanırıq".

Öz növbəsində S.Koskimbayev isə deyib ki, birliyin yaradılması təşəbbüsünü Qazaxıstan Prezidenti Qasım Comərd Tokayev dəstəkləyir, hökuməti isə bəyənir: "Düşünürəm ki, qarşımıza qoyuduğumuz məqsədlərə nail olacağıq. Bu, ölkələrimizin və dövlətlərimizin xeyrinədir".

44 filmi