Azərbaycan pambıq parça istehsalını fevralda 15 %-dən çox artırıb

Sənaye
  • 29 mart, 2025
  • 14:18
Azərbaycan pambıq parça istehsalını fevralda 15 %-dən çox artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 5 milyon 430 min kvadratmetr pambıq parça istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 % çoxdur.

Təkcə fevralda isə ölkədə 2 milyon 811 min kvadratmetr pambıq parça istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 15,4 % çoxdur.

Bu il martın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 118,2 min kvadratmetr hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 30 milyon 706 min kvadratmetr pambıq parça istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 7,2 % çoxdur.