Azərbaycan nəqliyyat vasitələri hissələrinin idxalına çəkdiyi xərci 17 % azaldıb
- 19 iyul, 2024
- 11:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 1 milyard 039 milyon 073,27 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin ilk yarım ili ilə müqayisədə 213 milyon 567,83 min ABŞ dolları və ya 17,05 % azdır.
Ötən 6 ay ərzində nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 11,72 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 21 milyard 768,18 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 12 milyard 901 milyon ABŞ dolları ixracın, 8 milyard 867,2 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,2 % azalıb, idxal isə 8,2 % artıb.